Dünya futbolu
Belçika yığmasında Lukaku şoku
Dünya çempionatına hazırlıq çərçivəsind…
Dünya çempionatına hazırlıq çərçivəsində Belçika millisi Tunislə üz-üzə gəlib. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın gedişində komandanın aparıcı oyunçularından Romelu Lukakunun zədələnməsi azaqrkeşləri qorxudub. Zədələnərək meydanı tərk edən futbolçu haqda matçdan sonra baş məçqçi Mark Vilmots danışıb:
"Lukaku yeriyəndə ağrılar hiss edir. Ancaq həkimlər zədəsinin ciddi olmadığını dedilər. Bu gün testlərdən keçəcək. 3-4 gün məşqlərdə iştirak edə bilməyəcək. Ümid edirəm ki, tez bir zamanda komandayla birlikdə məşqlərə başlayacaq".
Belçikanın dünya çempionatındakı ilk rəqibi Əlcəzair olacaq.