Dünya futbolu
“Real” aşağı diviziona düşdü
İspaniyanın ikinci divizionu Sequndada 2013/2014 mövsüm&uu…
İspaniyanın ikinci divizionu Sequndada 2013/2014 mövsümünə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, son turda "Mursiya"ya məğlub olan Madrid "Real"ının əvəzedicilərdən ibarət komandası "Kastilya" turnir cədvəlində 20-ci yeri tutub.
Bu nəticəylə, klub gələn mövsümdən İspaniya üçüncü divizionunda mübarizə aparmalı olacaq.
Qeyd edək ki, "Real"ın əzəli rəqibi "Barselona"nın əvəzedicilərdən ibarət komandası "Barselona B" isə Sequndanı "Eybar" və "Deportivo"nun ardından 66 xalla üçüncü pillədə başa vurub və La Liqaya çıxma uğrunda oynanılacaq pley-off oyunlarına vəsiqə qazanıb. Lakin qaydalara əsasən, bir klubun iki komandasının eyni liqada oynaması yol verilməz olduğundan, "Barselona B"nin əvəzinə "Kordoba"nın pley-off mərhələsində iştirak edəcəyi gözlənilir.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı