Dünya futbolu
“Real”ın Toni Kroos eşqi
“Real” (Madrid) rəhbərliyi “Bavariya”nın as…
“Real” (Madrid) rəhbərliyi “Bavariya”nın as oyunçusu Toni Kroosun transferində maraqlıdı. Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”ə keçidi baş tutmayan almanın “Kral klubu”na keçmə ehtimalı az olsa da, rəsmilər oyunçunun meneceri ilə görüşüblər.
Toni Kroos birmənalı şəkildə “Bavariya” rəhbərliyindən məvacibinin artırılmasını tələb edib. Hazırda o, ilinə 3,5 milyon avro qazanır. Rəhbərlik bu tələbi yerinə yetirməsə, Toninin “Real”a transfer ehtimalı yüksələcək.
Alman futbolçunun klubuyla olan müqaviləsi 2015-ci ilə kimi nəzərdə tutulub. 24 yaşlı yarımmüdafiəçi daha öncə verdiyi açıqlamalarda “Bavariya”nın müqavilə müddəti bitənə qədər onu komandada saxlamaq fikrində olduğunu bildirmişdi.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə