Ölkə futbolu
“Neftçi” Gürcüstan klubu ilə qarşılaşacaq
Ölkəmizi Avroliqanın 2-ci təsnifat mərhələsindən etibarən…
Ölkəmizi Avroliqanın 2-ci təsnifat mərhələsindən etibarən təmsil edəcək “Neftçi” Bolu hazırlıqları zamanı 2 yoxlama oyunu keçirəcək. Futbolinfo.az xəbər verir ki, Türkiyə hazırlıqları iyunun 12-dən 28-dək baş tutacaq.
Artıq “Neftçi”nin burada gücünü sınayacağı rəqiblərdən birinin adı bəlli olub. Bu, Gürcüstan kubokunun finalında Tbilisi “Dinamo”suna 1:2 hesabı ilə məğlub olmuş Saçxere “Çixura”sıdı. Bu komandada “İnter”in sabiq oyunçuları – qapıçı Revaz Tevdoradze və yarımmüdafiəçi David Odikadze çıxış edir. “Neftçi”nin Boludakı digər rəqibi isə Birləşmiş Ərəb Əmirliyi və Türkiyə təmsilçilərindən biri olacaq.
Qeyd edək ki, iyunun 6-dan Bakıda hazırlıqlara başlamış “Neftçi” iyulun 1-dən Avstriyada toplanış keçəcək. Ölkə kubokunun son sahibi burda 4 görüşdə qüvvəsini sınayacaq. (apasport.az)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…