Dünya futbolu
“Milan”da Zeedorfu İnzaqi əvəzlədi
Son illərdəki uğursuz nəticələrlə keçmiş günlərin…
Son illərdəki uğursuz nəticələrlə keçmiş günlərini unutduran “Milan” növbəti dəfə baş məşqçi dəyişikliynə gedib. Futbolinfo.az xəbər verir ki, “rossonyerlər” bundan sonra yola sabiq futbolçusu, son 2 ildə elə “Milan”ın gənclərdən ibarət heyətini çalışdıran Flippo İnzaqi ilə davam edəcək.
Qeyd edək ki, “qırmızı-qaralar” 2013/14 mövsümünün ortasında Massimiliano Alleqrini göndərib digər sabiq oyunçusu Klarens Zeedorfu komandanın başına gətirmişdi. Hansı ki, hollandiyalı buna görə futbolçu karyerasını bitirib “Milan”ın başına keçmişdi. Lakin o da komandanın probleminə çarə olmadığından ilk məşqçilik təcrübəsi qısa alndı.
Xatırladaq ki, 2001-12-ci illərdə “Milan”da forma geyən İnzaqi uzun illər Zeedorfla komanda yoldaşı olmuşdu.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı