Dünya futbolu
Məşqçi və futbolçu ayrı fikirdədi
İspaniya millisinin baş məşqçisi Visente del Boske iyunun 1…
İspaniya millisinin baş məşqçisi Visente del Boske iyunun 12-i başlanacaq dünya çempionatı öncəsi gözlənilməz açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının bu turnirdə favorit olmadığını deyib:
"Avropada iki və ya üç çox güclü yığma var. Amma dünya çempionatında daha çox ölkə mübarizə apardığı üçün hər şey fərqli ola bilər. Biz bu turnirin favoriti deyilik. Ancaq son dünya çempionatında qazandığımız ünvanı qorumalıyıq.
Yeri gəlmişkən, İspaniya millisinin hücumçusu Fernando Torres isə məşqçisinin əksinə ölkəsini favoriti gördüyünü söyləyib: “İspaniya millisi bu çempionatın da qalibi adına əsas namizəddi. Amma adətən, belə yarışlarda meydan sahibi də favorit kimi göstərilir. Braziliya evdə oynayacaq. Onlar güclüdürlər və yaxşı heyətləri var. Əgər İspaniya yenidən çempion adını qazansa, bu, qanunauyğunluq olacaq. Mən və komanda yoldaşlarım bu arzuyla yaşayır”.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü