Ölkə futbolu
DÇ-2014-ün iştirakçılarına sevindirici xəbər
FİFA Braziliyada keçiriləcək dünya çempionatınd…
FİFA Braziliyada keçiriləcək dünya çempionatında yeniliyə əl atıb. Futbolinfo.az xəbər verir ki, oyunlar zamanı baş hakimlərə iki fasilə götürməyə icazə veriləcək. Fasilələr havanın hərarəti 32 dərəcəni keçən zaman götürülə bilər.
Bu zaman fasilələrin ancaq oyunun 30-cu və 75-ci dəqiqələrində götürülməsinə icazə verilir. Fasilələr 3 dəqiqə davam edə bilər. Hakimlər fasiləyə itirilən vaxtı hər hissənin sonunda əsas vaxta əlavə edəcəklər.