Dünya futbolu
FİFA araşdırmanın nəticəsini nə vaxt açıqlayacaq?
FİFA 2018 və 2022-ci illər dünya çempionatlarının ev …
FİFA 2018 və 2022-ci illər dünya çempionatlarının ev sahiblərinin seçilməsi ilə bağlı araşdırmanın nəticələrini sentyabr-oktyabr aylarında açıqlayacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə FİFA prezidenti Yozef Blatter bildirib.
İyunun 9-da FİFA-nın etika üzrə komitəsinin istintaq palatası araşdırmanı başa çatdırma lıydı. İyulda isə palatanın sədri Maykl Qarsiya nəticələrə uyğun olaraq hesabatını təqdim edəcəkdi. Lakin plan gözlənilən kimi getməyib.
Qeyd edək ki, 2018-ci ildə Rusiya, 2022-ci ildə isə Qətər mundiala ev sahibliyi hüququ qazanmışdı. Bu ilin mayında isə səsvermənin nəticələri ilə bağlı korrupsiya qalmaqalı ortaya çıxdı. FİFA-nın İcraiyyə Komitəsinin keçmiş üzvü Məhəmməd bin Həmmam Qətərin mundiala ev sahibliyi etməsi üçün FİFA məmurlarına 5 milyon dollar rüşvət verdiyi, eyni Rusiyanın da səsverməni saxtalaşdırdığı iddia olunur.