Dünya futbolu
“Barselona”nın yeni baş məşqçisi əməliyyatlıq oldu
“Barselona”nın yeni baş məşqçisi Luis Enrike t?…
“Barselona”nın yeni baş məşqçisi Luis Enrike təcili şəkildə xəstəxanaya aparılıb. Futbolinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssisdə kor bağırsağının kəskin iltihabı aşkar edilib.
44 yaşlı Enrike əməliyyat olunub. İndi onun vəziyyətinin sabit olduğu bildirilir.
Qeyd edək ki, 2012/13 mövsümündə “Barselona”nı çalışdıran Tito Vilanova da səhhətində problemlər yaşamışdı. Xərçəngdən əziyyət çəkən məşqçi bu il dünyasını dəyişmişdi.