Ölkə futbolu
“Qəbələ”də 2 yeni sima
“Qəbələ”nin yeni baş məşqçisi İvaylo Petev m…
“Qəbələ”nin yeni baş məşqçisi İvaylo Petev məşqçilər heyətini formalaşdırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun baş meneceri Zaur Əzizov məlumat verib.
Onun sözlərinə görə, baş məşqçinin köməkçiləri serbiyalı Duşan Steviç və bolqarıstanlı Valentin Velikov olacaq.
Hər 2 məşqçi Petevlə birgə Kiprin AEL klubunda çalışıb. “Qəbələ”nin digər məşqçiləri Sənan Qurbanovla Dmitri Kramarenko isə hələ ki işini davam etdirəcək.
Qeyd edək ki, İvaylo Petev köməkçiləri ilə birgə bu gün axşam saatlarında Bakıda olacaq. (apasport.az)