Ölkə futbolu
“İnter” almaq istədiyi iki futbolçudan üz döndərdi
Türkiyənin İzmit şəhərinin Kartəpə bölgəsində hazı…
Türkiyənin İzmit şəhərinin Kartəpə bölgəsində hazırlığının ilk mərhələsini başa vuran “İnter” transferi real görünən Bahodir Nasimovdan üz döndərib. Futbolinfo.az xəbər verir ki, buna səbəb futbolçunun ciddi zədəsinin olmasıdı.
Özbəkistanlı futbolçu “Neftçi”də çıxış edərkən mövsümün sonlarına yaxın ciddi zədə almışdı. O, hətta zədə ucbatından mövsümü qapamışdı. Flqamandan ayrıldıqdan sonra “bankirlər”in Türkiyədəki təlim-məşq toplanışına qoşulan futbolçu ilə Bakıya qayıtdıqdan sonra müqavilə imzalanmalıydı. Ancaq həkim müayinəsindən keçirdikdən sonra onun zədəsinin gec sağalacağı müəyyənləşib. Bu müddət isə “İnter” üçün əlverişli olmadığı üçün “bankirlər” özbək futbolçudan üz döndərib.
Bundan başqa Hollandiyanın "Den Boş" klubundan baxışa gələn Yelle de Bokun da zədəsi ciddidi. Belçikalı müdafiəçi məşq prosesində zədələnib. Böyük ehtimalla o da Bahodir Nasimova yol yoldaşı olacaq.