Ölkə futbolu
Petev hələ də gələ bilər
“Qəbələ” çətin durumdadı. Komanda bu gecə sə…
“Qəbələ” çətin durumdadı. Komanda bu gecə səfərə baş məşqçisiz çıxır, Avropa Liqası hazırlığına “sükançı” olmadan start verir.
İvaylo Petevin ölkəmizə gəlməsindən qəfil imtinası hamını şoka salıb. Ancaq naraqlıdı ki, klubda bunu normal qarşılaylırlar. Bolqar mütəxəssisin AEL-lə müqaviləsi bitmədiyindən bizimkilər haradasa buna hazır imiş. Bu səbəbdən Petevlə bütün məsələlərdə razılıq əldə olunsa da, müqavilənin rəsmiləşməməsi ehtimalı qalırmış. Ona görə də rəhbərlik axtarışı bitirməyibmiş. İndi İvaylodan son qərar öyrənilən kimi digər məşqçilərlə danışıqlar sürətləndiriləcək.
AEL-in rəsmi saytı Petevlə yeni müqavilə imzalanması haqda xəbər yaysa da, bizdə olan bilgiyə görə, bu məlumatda da saxtalıq var. Kiprlilər sadəcə, “Qəbələ”yə mane olmaq üçün belə addım atıb. Ancaq o da var ki, “Botev”i də nəzərə alsaq, buna göz yuman, üçlü oyun oynayan Petevə arxayın olmaq olmaz. “Qəbələ” elə toplanışın ilk günlərindən yeni baş məşqçisinə qovuşmalıdı. Əks halda Avroliqada debüt faciəvi sonluqla yekunlaşacaq.