Dünya futbolu
“Roma” “Bavariya”nı da geri çevirdi
"Roma" rəhbərliyi Mehdi Benatiya üçün gə…
"Roma" rəhbərliyi Mehdi Benatiya üçün gələn təklifləri geri çevirməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, “Mançester siti”dən sonra “Bavariya” da oyunçuya görə “Canavarlar”la təmasa keçib.
“Pivəçilər” Benatiyaya görə italyan klubuna 33 milyon avroluq təklif də göndərib. Lakin, "Roma" bu dəfə də mərakeşli futbolçunu satmaqdan imtina edib.
İtalyan klubunun mərakeşli müdafiəçiyə görə 60 milyon avro tələb etdiyi bildirilir.