Dünya futbolu
Messi: “Qusmağımın səbəbini…”
“Barselona” və Argentina millisinin hücumçusu…
“Barselona” və Argentina millisinin hücumçusu Lionel Messi son vaxtlar səhhətində yaranan qusma problemindən danışıb. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən ulduz futbolçu müayinə zamanı hər hansı xəstəliyinin aşkarlanmadığını deyib:
“Barselona” və milli komandamızın həkimləri dəfələrlə məni testdən keçirib. Onlar xəstə olmadığımı bildiriblər. Özüm də xəstəliyimin nə olduğunu bilmirəm. Matç zamanı bəzən qusmaq istəyirəm. Ancaq tezliklə keçib gedir".
Qeyd edək ki, Messi indiyə qədər beş dəfə meydanda qusub.