Dünya futbolu
Ramosa 10 milyon maaş
Madrid “Real”ının müdafiəçisi Serxio Ramos …
Madrid “Real”ının müdafiəçisi Serxio Ramos komandası ilə yeni sözləşmə imzalamaq barədə razılığa gəlib. Futbolinfo.az xəbər verir ki, kluba yaxınlığı ilə tanınan "Marca" nəşri belə bir iddia ilə çıxış edib.
Xəbərə görə, bu sözləşmə ilə ispan müdafiəçi illik 10 milyon avro maaş alacaq. Bununla da o, Kriştianu Ronaldo və Qaret Beyldən sonra Madrid klubunda ən çox qazanan üçüncü futbolçu olacaq.
Ramosun imzaladığı yeni müqavilənin müddəti barədə isə məlumat verilməyib. "Real"ın yaxın günlərdə bu haqda rəsmi açıqlama verəcəyi gözlənilir.
Ramos 2005-ci ildən “Real”ın formasını geyir.