Dünya futbolu
UEFA-da yeni qərar: Mirça Luçesku istəsə, "Qalatasaray"a gedə bilər
"Qalatasaray" Roberto Mançini ilə yolları ayırdıq…
"Qalatasaray" Roberto Mançini ilə yolları ayırdıqdan sonra baş məşqçi axtarışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Türkiyə mətbuatı "cim-bom"um sükanı arxasına Mirça Luçesku keçəcəiyini iddia edir. "Qalatasaray" rəhbərliyi şənbə gününə qədər baş məşqçinin cavabını gözləyəcək.
Yayılan xəbərlərə əsasən, rumın mütəxəssis İstanbulda çalışmağa müsbət yanaşır. Luçeskunun "Qalatasaray"a gəlməsinə mane olan yeganə amil Donetsk "Şaxtyor"u ilə müqaviləsinin olması idi. Lakin UEFA bu məsələni də həll edib. Belə ki, qurumun qərarına əsasən Ukraynada baş verən olaylara görə, futbolçular və məşqçilər tək tərəfli olaraq, klubları ilə davam edən müqaviləni dayandıra bilərlər.
Qeyd edək ki, 68 yaşlı çalışdırıcı "Qalatasaray"ı tanıyır. Belə ki, o 2000/02 mövsümlərində Türkiyədə işləyib. Luçesku "Qalatasaray"da çalışdığı dönəmdə UEFA Super kubokunun qalibi və ölkə çempionu adını qazanmışdı.