Dünya futbolu
Menez rəsmən “Milan”da
"Milan" növbəti transferini gerçəkləşdirib. …
"Milan" növbəti transferini gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, İtaliya nəhəngi PSJ-nin yarımmüdafiəçisi Jeremi Menezi heyətinə qatıb.
Fransız futbolçu Milana yollanaraq tibbi yoxlamadan keçib və yeni klubu ilə sözləşməyə imza atıb: "Milan"ı seçdim, çünki böyük klubdu. "Qırmızı-qaralar" üçün oynayacağımdan məmnunam. Kuboklar qazanmaq istəyirəm, necə ki bunu PSJ-də bacarmışam. 4 il ərzində oyunumu çox inkişaf etdirmişəm və bunu sübut edəcəyəm".
27 yaşlı futbolçu "Milan"a azad agent statusuyla transfer olunub. Menezin müqaviləsi 3 il müddətinə nəzərdə tutulub. Onun yeni klubundakı illik məvacibi 3 milyon avro olacaq.
“Milan” ötən günlərdə PSJ-nin müdafiəçisi Aleksi də azad agent kimi transfer etmişdi.