Dünya futbolu
Ya Luçesku, ya Yakın
Roberto Mançinini istefaya göndərən "Qalatasaray&qu…
Roberto Mançinini istefaya göndərən "Qalatasaray" rəhbərliyi yeni baş məşqçi axtarışlarına start verib. Futbolinfo.az xəbər verir ki, hazırda bu posta iki əsas namizədin olduğu bildirilir. Bunlar Mirça Luçesku və Murat Yakındı.
"Sarı-qırmızılar” rumıniyalı mütəxəssislə əlaqə saxlayıb. Luçeskunun bu təklifə müsbət yanaşdığı bildirilir. Daha öncə, 2000-02-ci illərdə “Qalatasaray”ı çalışdırmış mütəxəssis “Şaxtyor”u Ukraynada baş verən siyasi qalmaqallara görə tərk etmək istəyir.
“Bazel"in sabiq baş məşqçisi Murat Yakın isə artıq İstanbula yollanıb. Türk əsilli isveçrəli burada klub prezidenti Ünal Aysalla danışıq aparacaq. Bir neçə gün əvvəl Moskva "Spartak"ının rəhbərliyi ilə görüşən Yakının hansı klubu seçəcəyi maraqla gözlənilir.