Dünya futbolu
Rusiya FİFA-dan 2 milyard alacaq
FİFA 2018-ci il dünya çempionatınının təşkili ü…
FİFA 2018-ci il dünya çempionatınının təşkili üçün Rusiyaya ayıracağı maliyyə yardımının həcmini təsdiq edib. Futbolinfo.az xəbər verir ki, qurumun Braziliyanın San-Paulo şəhərində baş tutan Konqresində şimallılara 2,153 milyard dolların ayrılacağı qərara alınıb.
Rusiyada keçiriləcək növbəti mundiala ümumi xərc 20 milyard dollar təşkil edəcək. Bu da dünya çempionatları tarixində rekord olacaq.
Hazırda ən bahalı mundial statusu DÇ-2014-ə məxsusdu. Braziliyada bu gecə start götüərəcək DÇ-2014-ün xərcləri 14 milyard dollar təşkil edir.