Dünya futbolu
“Qalatasaray” üçün daha bir namizəd
“Qalatasaray”ın baş məşqçi postuna namizədlər…
“Qalatasaray”ın baş məşqçi postuna namizədlərin sayı artmaqdadı. Futbolinfo.az xəbər verir ki, indi də Ukraynanın “Dnepr” klubunun sabiq baş məşqçisi Xuande Ramosun adı “Cim-Bom”la hallanır.
İspaniya mətbuatı həmyerlilərinin İstanbul klubunun baş məşqçi postuna ən real namizəd olduğunu yazır. İddialara görə, “Qalatasaray”la Ramosla gizli təmasa keçib.
Qeyd edək ki, Mirça Luçesku və Murat Yakının adı da “Qalatasaray”la hallanır.