Ölkə futbolu
Yaşar Seyidov: "Kalonas İsrail klubunda oynaya bilməz"
"Bakı"nın yarımmüdafiəçisi Mindauqas Kalonas…
"Bakı"nın yarımmüdafiəçisi Mindauqas Kalonas Hayfa "Hapoel"i ilə 2 illik müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, litvalı "Bakı" ilə müqaviləsi ola-ola İsrail klubu ilə razılaşıb.
Litvalının müqavilə ilə məxsus olduğu "Bakı"nın isə Kalonasın İsrail klubuna keçidindən xəbəri yoxdu. Bunu paytaxt klubunun vitse-prezidenti Yaşar Seyidov bildirib: "Bizdən hələ ki, İsrail klubuna məktub getməyib. Kalonasın "Hapoel"lə 2 illik müqavilə imzalaması haqda xəbərim yoxdu. Bizim razılığımız olmadan Kalonas İsrail klubunda oynaya bilməz. Çünki FİFA-nın oyunçuların transferi haqqındakı qanuna görə "Bakı" klubu onun keçidinə icazə verməlidi. Əks təqdirdə onun orada oynaması qeyri-mümkündü. Bizim xəbərimiz olmadan onun müqavilə imzalaması mənim üçün də çox qəribədi".