Ölkə futbolu
"Qəbələ"nin rəqibləri bəlli oldu
Azərbaycan Premyer Liqasının bürünc mükafatç?…
Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı "Qəbələ"nin Sloveniyada keçirəcəyi təlim-məşq prosesi zamanı keçirəcəyi yoxlama görüşlərindəki rəqibləri müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
İyunun 15-də Azərbaycan təmsiçisi Sloveniyanın 3-cü dəstə komandası "Stoynitsa" ilə üz-üzə gələcək. Hələ də baş məşqçi məsələsində qeyri-müəyyənlik hökm sürən "Qəbələ" son yoxlama görüşünü iyunun 26-da Sloveniya çempionu "Maribor"a qarşı keçirəcək. Komandanın "sükanı arxası"na keçməsi gözlənilən, lakin son anda AEL-lə müqaviləsini uzadan İvaylo Petevin planına uyğun olaraq, sparrinqlərlə anlaşan "Qəbələ" Serbiya "Yaqodina"sı və Sloveniya "Kopel"i ilə də yoxlama görüşləri keçirmək barədə ilkin razılıq əldə edib. Lakin bu klublarla qarşılaşmalar baş tutmaya da bilər. Çünki gətiriləcək yeni məşqçinin fərqli rəqiblərlə üz-üzə gəlmək versiyası da istisna olunmur.
Əlavə edək ki, bu gün saat 19:00-da Maribor yaxınlığında yerləşən Ptuy şəhərinə çatacaq komanda, bir qədər sonra Sənan Qurbanovun rəhbərliyi altında yüngül məşq keçəcək. (sportnet.az)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…