Ölkə futbolu
“İnter” Azərbaycanı tərk etdi
Son mövsümün gümüş mükafatçısı…
Son mövsümün gümüş mükafatçısı “İnter” təlim-məşq toplanışının ikinci mərhələsinə start verir. Futbolinfo.az xəbər verir ki, “bankirlər” bu gün səhər saatlarında Azərbaycanı tərk edib.
Təlim-məşq toplanışını Avstriyada keçirəcək paytaxt klubu burada 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Paytaxt klubunun Avstriya toplanışının nə vaxta qədər davam edəcəyi Avropa Liqasının ilk təsnifat mərhələsinin püşkatmasından asılı olacaq. "Bankirlər"in ilk rəqibi ilə birinci oyunu Bakıda olsa, bu ayın sonunda komanda vətənə dönəcək. Səfərdə olacağı halda isə, iyulun əvvəlinədək Avstriyada qalmağa üstünlük verəcək və böyük ehtimalla səfər matçına da birbaşa oradan yola düşüləcək.
Maraq üçün qeyd edək ki, “bankirlər” hazırlığın ilk mərhələsini Türkiyənin İzmit bölgəsində keçmişdi.