Dünya futbolu
Martinesə uzunmüddətli müqavilə
“Everton”un baş məşqçisi Roberto Martines klubla…
“Everton”un baş məşqçisi Roberto Martines klubla yeni müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə təsmilçisinin rəsmi saytı məlumat yayıb. Sövdələşmənin müddəti 5 illiyə nəzərdə tutulub.
Martines Liverpul klubunda ötən mövsüm debüt edib. Onun rəhbərliyi altında komanda keçirdiyi 38 oyunda 72 xal toplayaraq, 5-ci yeri tutub.
Qeyd edək ki, Martinesin əvvəlki müqaviləsinin müddəti 4 illiyə nəzərdə tutulmuşdu. Yeni sövdələşməyə əsasən, onun illik məvacibi 3 milyon funt sterlinqə bərabər olacaq.