Ölkə futbolu
“O yox, Şükürov olsaydı, Azərbaycanda ən böyük etiraz olacaqdı”
Yay fasiləsində Slavik Alxasovun yenidən “Xəzər Lənkəran&…
Yay fasiləsində Slavik Alxasovun yenidən “Xəzər Lənkəran”dan “Neftçi”yə qayıtması paytaxt azarkeşlərinin narazılığına səbəb oldu. Futbolinfo.az xəbər verir ki, buna səbəb gənc müdafiəçinin cənub klubuna keçən zaman bu komandanın azarkeşi olduğunu bildirməsiydi.
Bu iki komanda azarkeşləri arasında kəskin intirqanın olduğu bəllidi. Bəs görəsən lənkəranlı azarkeşlərin əzəli rəqibləri olan “Neftçi”dən Rəşad Sadiqovun “Xəzər Lənkəran”a transferinə münasibəti necədi?
Saytımıza açıqlama verən “Xəzər Lənkəran”ın “Caspian Ultras” fan-klubunun rəhbəri Ramal Novruzov məsələyə belə münasibət bildirib:
“Slavik Alxasov “Neftçi”dən ayrılanda onlara qarşı "quş buraxmışdı". “Neftçi” azarkeşləri də haqlı olaraq buna etirazlarını bildirdilər. Rəşad Sadiqova gəldikdə isə o, yaxşı oyunçudu və “Xəzər Lənkəran”da öz sözünü deyəcəyinə inanırıq. Bu iki klubdan bir-birinə çox futbolçu transfer olunub. Həmin futbolçular komandamıza qarşı təhqiramiz fikirlər işlətməyibsə, biz buna normal baxırıq. O, yox, Mahir Şükürov olsaydı, Azərbaycanda ən böyük etiraz olacaqdı”.