Ölkə futbolu
Neymar ən yaxşı seçildi
Braziliya millisinin futbolçusu Neymar DÇ-2014-ün a…
Braziliya millisinin futbolçusu Neymar DÇ-2014-ün açılış matçının ən yaxşısı seçilib. Futbolinfo.az xəbər verir ki, o, Xorvatiyaya qalib (3:1) gəldikləri oyundan sonra fikirlərini bildirib.
Qarşılaşmada dubl edərək komandasının qələbə qazanmasında böyük rol oynayan gənc hücumçu öz oyunundan razı qaldığını deyib:
"Gözlədiyimdən də yaxşı oynadım. Bu matçda yeganə istəyim komandamın qələbə qazanması idi. Dünya çempionatına iki qol ilə başlamaq mənim üçün çox sevindirici oldu. Növbəti oyunlarda da bu cür çıxış etməyə çalışacam".