Ölkə futbolu
“Qarabağ” hazırlığa start verdi
Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsi…
Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gündən təlim-məşq toplanışına start verəcək. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi hazırlıqların ilkin mərhələsini Bakıda keçirəcək.
Artıq toplanış üçün komandanın legionerinin əksəriyyəti istirahətlərini baş vuraraq ölkəmizə gəliblər. Hələ də ölkələrində olan legionerlər də bu gün heyətə qoşulacaqlar. Yeni transfer Danilo Dias da məşqlərə qatılacaq. Transfer vərəqəsi hələ də gəlməyən braziliyalı hücumçunun hazırlıqlara qoşulmasında bir problem yoxdur.
İyunun 21-dək paytaxtda hazırlaşacaq Qurban Qurbanovun komandası toplanışın ikinci mərhələsini Avstriyada keçirəcək. “Qarabağ” iyunun 22-si səhər saatlarında adıçəkilən ölkəyə yollanacaq və hazırlıqları orada davam etdirəcək.
Ağdamlıların Avstriyada yoldaşlıq görüşü keçirəcəyi rəqiblər isə hələ məlum deyil.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında mübarizəyə iyulun 15-i və ya 16-da başlayacaq. (apasport.az)