Premyer-liqa
Əsgər Abdullayev: "Əgər Mahir Şükürov istəsə…"
Son mövsümü I Divizionda çempion başa vuraraq e…
Son mövsümü I Divizionda çempion başa vuraraq elitaya vəsiqə qazanan "Araz Naxçıvan" transfer fəaliyyətini davam etdirir. Futbolinfo.az xəbər verir ki, Emin Cəfərquliyev, Qərib İbrahimov və Cahangir Həsənzadə ilə müqavilə imzalayan Naxçıvan klubu gənc Ruslan Nəsirli ilə də münasibətlərini rəsmiləşdirib. Ruslanın "Sumqayıt"la olan müqaviləsi mayın 31-də başa çatdığından klubla bağlı heç bir problem yaranmayıb.
Bunlardan əlavə "Araz Naxçıvan" müdafiə xəttini də gücləndirmək üçün Mahir Şükürovun xidmətindən yararlana bilər. "Neftçi" ilə müqaviləsi bitən Şükürovun komandaya gələ biləcəyinə baş məşqçi Əsgər Abdullayev bu cür münasibət bildirdi:
"Əsas qapıçı kimi Cahangirə güvənirik. Mən onu çoxdan tanıyıram. Ruslan Nəsirli ilə də 1 illik müqavilə imzalanıb. Bundan başqa müdafiə xəttini gücləndirməyi düşünürük. Mən Mahir Şükürovu çoxdan tanıyıram və bir müddət mənim komandamda olub. Əgər Mahir istəsə, hər zaman zəng edə bilər, söhbət edərik. Əgər bir qərara gələ bilsək, niyə də Mahir mənim komandamda olmasın? Mahirlə razılaşmaq olar".
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…