Ölkə futbolu
HK Vüsal Əliyevi Polşaya aparmır, Anar Salmanov qayıdır
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov hakimlərin yay t…
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov hakimlərin yay toplanışı haqda danışıb. Futbolinfo.az saytına açıqlama verən komitə sədri yetirmələrinin Polşada "istirahət edəcəyini" bildirib. Lakin Məmmədov Vüsal Əliyevin toplanışa aparılmayacağını dilə gətirib:
"Toplanış ötənilki kimi, iyulun 10-dan 25-nə qədər çəkəcək. Hazırlıq Polşada keçiriləcək. Biz hər toplanışa özünü yaxşı tərəfdən göstərən gənc hakimləri dəvət edirik. Təcrübəli hakimlərdən Əliyev Vüsaldan başqa hamısı toplanışda iştirak edəcək. Vüsalın problemi olduğundan o, bizimlə gedə bilməyəcək".
Bundan başqa komitə sədri Anar Salmanovun Premyer Liqada oyun idarə edəcəyi ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib: "Bunlar hələ söz-söhbətdi. Bizdə hələ ki, belə bir qərar yoxdu. Anarın toplanışdakı iştirakından çox şey asılıdı. Mən ona həmişə irad tutmuşam ki, çəkisini azaltsın. UEFA da bununla bağlı irad bildirir. Salmanova bir ay ərzində 4-5 kq çəki atmalı olduğu deyilib və bu barədə AFFA Hakimlər Komitəsinə məlumat verməlidi. Özündən asılıdı, çəkisini azaltsa, öz üzərində çalışsa, toplanışdan sonra fikir söyləmək olar. Yəni Premyer Liqaya qayıtmağına ehtimal var".
RÖVŞƏN ƏHLİMANOĞLU
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…