Ölkə futbolu
"Qarabağ"da 2-ci makedon
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qar…
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" 3-cü transferini edə bilər. Futbolinfo.az xəbər verir ki, Ağdam klubuna makedoniyalı müdafiəçi təklif olunub.
Bu, 23 yaşlı Eqzon Belikadı. Əldə etdiyimiz məlumata görə, son çempionun baş məşqçisi Qurban Qurbanov makedoniyalı müdafiəçini sınaqdan keçirəcək. Müdafiəçi Qurbanovun sınağından uğurla keçsə, bu, "Qarabağ"ın heyətində olan ikinci makedoniyalı futbolçusu olacaq.
Qeyd edək ki, Eqzon Belika son mövsümdə ölkəsinin "Şkendiya" klubunda çıxış edib. Belika buna qədər həmyerlisi Muarem Muaremin əvvəllər çıxış etdiyi "Rabotniçki" klubunda da oynamağa imkan tapıb. Daha sonra ölkəsinin "Ohrid" klubunda çıxış edən müdafiəçi Rumıniyanın "Konkordiya" komandasının da şərəfini qoruyub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…