Premyer-liqa
"İnter" Premyer Liqadan futbolçu transfer etdi
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "İnter" d…
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "İnter" daha bir transfer reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, "bankirlər" gürcü futbolçu ilə heyətini gücləndirib.
Bu, 32 yaşlı mərkəz müdafiəçisi Aleksandr Amisulaşvilidi. "İnter"in 4-cü transferi olan Amisulaşvili paytaxt klubu ilə 1 illik müqaviləyə qol çəkib.
Müdafiəçi karyerası ərzində "Kaxeti Telavi", "Torpedo", "İberiya Samtrediya", "Dinamo" (Tiflis), "Dinamo-2" (Kiyev), "Dnepr" (icarə), "Tavriya" (icarə), "Şinnik", (icarə), "Spartak" (Nalçik), "Kayserispor", "Krasnodar" kimi klublarda çıxış edib. Onun son klubu isə Rusiya Premyer Liqasında çıxış edən "Krılya Sovetov" olub.
Amisulaşvili Gürcüstanın U-19, U-21 və əsas yığmasında da çıxış edib.
Qeyd edək ki, "bankirlər" buna qədər Mirzağa Hüseynpur, Elvin Məmmədov və Məhəmməd Mirzəbəyovu rənglərinə bağlamışdı.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…