Ölkə futbolu
Dorinel Muntyanunun "Qəbələ"dəki köməkçiləri bəlli oldu
"Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanun…
"Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanunu köməkçilərinin kimliyi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, o, bu barədə özü açıqlama verib:
"Köməkçilərim qısa müddətdə kollektivə qoşulacaq. Onlar gələn kimi işə başlayacağıq. Fiziki hazırlıq üzrə bizə alman məşqçi Ruben Hornberger kömək edəcək. Bundan əlavə Moldovadan analist-məşqçi Andey Martin və Rumıniyadan məşqçi Katalin Çorman komandamda olacaq. Təbii ki, yerli köməkçi məşqçi Sənan Qurbanov və qapıçı məşqçisi Dmitri Kramarenko ilə də çalışmaqdan məmnunam".