Ölkə futbolu
Argentina, İsveçrə və Fransadan qələbə
Braziliyada təşkil olunan dünya çempionatında qrup mər…
Braziliyada təşkil olunan dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. Futbolinfo.az xəbər verir ki, ötən gecə daha 3 qarşılaşma baş tutub.
E qrupunun ilk matçında İsveçrə və Ekvador yığmaları üz-üzə gəlib. Oyunda ilk qolu Ekvador millisi vursa da, avropalılar ikinci hissənin əvvəllərində hesabı bərabərləşdirə bilib. Görüşün son saniylərində isə İsveçrə qələbə qolunu vuraraq 2:1 hesabı ilə qalib gəlib.
Qrupun digər oyununda Fransa Hondurasla münasibətlərinə aydınlıq gətirib. Avropa təmsilçisi rəqibini darmadağınla məğlub edib.
Gecə saatlarında isə F qrupunun ilk görüşündə Argentina Bosniya və Herseqovina ilə üz-üzə gəlib. Lionel Messi və komanda yoldaşları bu qarşılaşmada çətin qələbəyə seviniblər.
DÇ-2014
15 iyun
E qrupu
İsveçrə – Ekvador – 2:1
Qollar: Behrami, 48, Seferoviç, 90+3 – Valensiya, 22.
Fransa – Honduras – 3:0
Qollar: Benzema, 44-pen.; 72, Valladares, 48-öz qapısına.
F qrupu
Argentina – Bosniya və Herseqovina – 2:1
Qollar: Kolasinaç, 3-öz qapısına, Messi, 65 – İbişeviç, 84.
Qollar: Kolasinaç, 3-öz qapısına, Messi, 65 – İbişeviç, 84.