Ölkə futbolu
FİFA Rusiya və Xorvatiyanı cəzalandıra bilər
Rusiya və Xorvatiya yığması azarkeşlərinin davranışına gö…
Rusiya və Xorvatiya yığması azarkeşlərinin davranışına görə FİFA tərəfindən cəzalandırıla bilər. Futbolinfo.az xəbər verir ki, dünya çempionatı fanatların ardıcıl 2-ci dəfə böyük turnirdə rasist hərəkətlərinə yol verdiyi yarış olub.
Bu komandanın azarkeşləri AÇ-2012-də də özlərini qaydalardan kənar aparmışdılar. Rusiya seçməsinə AÇ-2016-nın seçmə mərhələsində şərti 6 xallıq cəza qoyulmuşdu.
Qeyd edək ki, Cənubi Koreya ilə oyunda ruslar "кelt xaçları" – plakatını açmışdılar. Bu da neonasistlərin simvollarından biridi. Xorvatlar isə Braziliya ilə oyunda faşist simvolları nümayiş etdirirdilər.
FİFA prezidenti Yozef Blatter irqçiliyə görə, komandaların xallarının silinə biləcəyini açıqlamışdı.