Dünya futbolu
Joze Mourinyo: “İspaniya məğlubiyyətdən yorulub”
İngiltərənin "Çelsi" klubunun baş məşqçi…
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo İspaniyanın DÇ-2014-dəki çıxışından danışıb. Futbolinfo.az xəbər verir ki, o, İspaniyanın hər iki oyunda eyni taktika ilə oynamasının sürpriz olduğunu deyib:
“İspanlar iki dəfə Avropa, bir dəfə dünya çempionu olublar. İndi isə onlar qrupdan çıxa bilmədilər. İspaniya iki layiqli məğlubiyyət aldı və mundialı tərk edirlər. Onlar buna layiq idilər. Çili yığmasının oyunu məni yaxşı mənada təəccübləndirdi. Biz İspaniyanı tənqid etməməliyik, Çili millisini tərifləməliyik. Onlar çox yaxşı oyun nümayiş etdirdilər. İspaniyanın qələbədən yorulması fikri ilə razı deyiləm. Qələbədən yox, məğlubiyyətdən yorulurlar. Sadəcə, komandalar artıq İspaniyaya qarşı necə oynamaq lazım olduğunu öyrəniblər".
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi