Ölkə futbolu
Fərhad Əfəndiyev: "Limit bizə heç bir problem yaratmayacaq"
"Simurq"un vitse-prezidenti Fərhad Əfəndiyev yeni transfe…
"Simurq"un vitse-prezidenti Fərhad Əfəndiyev yeni transferlərdən danışıb. Futbolinfo.az saytına açıqlama verən klub rəsmisi yeni mövsümdən komandanın gənc üzvlərinə şans veriləcəyini bildirib:
"Komandadan gedən futbolçuların yeri doldurulacaq. Onların əvəzinə daha güclü futbolçular komandaya cəlb ediləcək. Öz yetirmələrimizə də şans veriləcək. Bu səbəbdən bir neçə futbolçunu əsas komandayla birgə təlim-məşq toplanışına aparacağıq. Transferdə əsasən yerli futbolçulara üstünlük verməyə çalışırıq. Ümid edirəm ki, yeni mövsümdən futbolçuların limit məsələsi bizə heç bir problem yaratmayacaq".