Dünya futbolu
“Xavi ayrılmayacaq”
İspaniyanın "Barselona" klubunun üzvü Dani Alve?…
İspaniyanın "Barselona" klubunun üzvü Dani Alveşi komanda yoldaşı Xavinin Qətərə yollanacağı ilə bağlı xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, müdafiəçi Xavinin "Barsa"dan ayrılmayacağını deyib:
"Zarafat edirsiz? Bu xəbərə inanmıram. Xavinin "Barsa"dan ayrılması mümkün deyil. O, komandanın ən önəmli futbolçularından biridi. Bu xəbərə şok oldum. Xavi "Barsa"dan gedə bilməz!"
Qeyd edək ki, Qətərin "Əl Ərəbi" klubunun baş məşqçisi Dan Petresku Xavinin Qətər təmsilçisi ilə ilkin müqavilə imzaladığını bildirmişdi.