Dünya futbolu
“Çezena” A Seriyasında
Yeni mövsümdə İtaliya A Seriyasında mübarizə aparac…
Yeni mövsümdə İtaliya A Seriyasında mübarizə aparacaq sonuncu komanda da müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, B Seriyasından elitaya yüksələn axırıncı klub “Çezena” olub.
B Seriyasında mövsümü dördüncü pillədə tamamlayan “Çezena” pley-offda əvvəlcə “Modena”nı (1:0; 1:1), daha sonra isə “Latina”nı (2:1; 2:1) mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, “Çezena” “A” seriyasında sonuncu dəfə 2011/12 mövsümündə çıxış edib.