Ölkə futbolu
Maradona: “Bu, Visente Del Boskenin səhvi idi”
Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona İspaniya milli…
Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona İspaniya millisinin DÇ-2014-dəki uğursuz çıxışını şərh edib. Futbolinfo.az xəbər verir ki, veteran futbolçu İspaniyanın qrup mərhələsindən çıxa bilməməsini baş məşqçi Visente Del Boskenin səhvləri ilə əlaqələndirib:
“İspaniya millisi ayaq üstə öldü. Kasilyas Çili ilə matçda meydana çıxmamalı idi. Bu, baş məşqçi Del Boskenin səhvi idi. Çünki Kasilyas Hollandiya ilə matçdan sonra özünə inamı itirmişdi. O, mütləq ehtiyatda qalmalı və özünü sübut etmək üçün digər qapıçıya şans verilməli idi. Ümumiyyətlə Del Boske Hollandiya məğlubiyyətindən (1:5) sonra komandanı psixoliji cəhətdən Çili ilə oyuna hazırlaya bilməmişdi”.
Qeyd edək ki, İspaniya millisi qrupdan çıxmaq şansını itirib.