Ölkə futbolu
Niasse pulu "Qəbələ"dən üstün tutdu
"Qəbələ" İbrahim Niasse ilə başa çatmış m&uum…
"Qəbələ" İbrahim Niasse ilə başa çatmış müqavilə müddətini uzada bilməyib. Futbolinfo.az xəbər verir ki, tərəflər razılığa gələ bilməyiblər.
Əldə etdiyimiz məlumata görə buna Niassenin növbəti mövsüm üçün əyalət klubundan yüksək maaş tələb etməsi səbəb olub. Belə ki, qaradərili müdafiəçiyə "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin rəhbərlik etdiyi Rusiyanın "Mordoviya" klubu ilə yanaşı, bir sıra yüksək əmək haqqı vəd edən komandalar təklif göndərib. "Qəbələ" rəhbərliyi də ona transfer təklifi göndərən klublar qədər yüksək əmək haqqı verə bilmədiyi üçün futbolçunun başa çatmış müqaviləsi artırılmayıb.
Qeyd edək ki, Niassenin "Mordoviya"ya keçmək şansı daha yüksəkdi.