Ölkə futbolu
Yığmamızın üzvü rəsmən "Orduspor"da! (FOTO)
Millimizin sabiq hücumçusu Branimir Subaşiçin şə…
Millimizin sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu "Orduspor" yığmamızın daha bir üzvünü rənglərinə bağlayıb. Futbolinfo.az xəbər verir ki, bu, Azərbaycanın U-21 yığmasının milliləşdirilmiş üzvü Umut Sönməzdi.
PTT 1-ci Liasında mübarizə aparan komanda Sönməzlə 3 illik müqavilə imzalayıb. O, "Orduspor"a Almaniyanın aşağı ligasında mübarizə aparan "Memmingen" komandasından transfer olunub.
Maraq üçün qeyd edək ki, gənc yarımmüdafiəçi 1993-cü il doğumludu. O, Almaniya Bundesliqasında çıxış edən "Auqsburq" komandasının yetirməsidi. Ötən mövsüm "Memmingen" forması ilə meydana çıxdığı 30 oyunda 9 qol vurmaqla yanaşı, 7 qol ötürməsi etməyə də imkan tapıb.