Milli komanda
Azərbaycan UEFA turnirinin qalibi oldu
Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil …
Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan 17 yaşadək qızlar arasındakı beynəlxalq turnirə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, UEFA tərəfindən təşkil olunan turnirdə Azərbaycanın da müvafiq yığması iştirak edirdi.
Millimiz son turda Monteneqro ilə qarşılaşıb. Yığmamızın üzvləri rəqib qapısından 3 cavabsız top keçiriblər. Kristina Bakarandze, Gizem Tenekeçi və Dilgə Uyğun fərqləniblər.
Xatırladaq ki, yığmamız ilk oyununda Bosniya və Herseqovinaya 4:0, Makedoniyaya isə 2:1 hesabıyla qalib gəlmişdi. Hər üç oyununda qələbə qazanan millimiz bu turnirin baş mükafatına sahib çıxıb.