Dünya futbolu
Hocsonun istefa vermək fikri yoxdu
İngiltərə yığmasının baş məşqçisi Roy Hocson dün…
İngiltərə yığmasının baş məşqçisi Roy Hocson dünən DÇ-2014-ün ikinci turunda Uruqvaya məğlub olduqları (1:2) görüşdən sonra istefa haqda düşünmədiyini bildirib. Futbolinfo.az xəbər verir ki, o, məğlubiyyətə görə məyus olduğunu deyib:
“İstefa vermək fikrim yoxdu. Əlbəttə ki, çox məyusam , lakin bu işimdən getməyim anlamına gəlmir. Digər tərəfdən FA məni bu vəzifədə qalmağıma layiq bilməsə qalmağa çalışmayacağam. Bu onların qərarı olacaq. Əlavə edim ki, futbolçuların işə yanaşmasından razıyam. Hamı öhdəsinə düşən işi layiqincə yerinə yetirir”.
Hocson 2012-ci ildən İngiltərə millisini çalışdırır.