Dünya futbolu
Çex “Çelsi”ni tərk edə bilər
"Çelsi"nin qolkiperi Petr Çexə bir sıra Prem…
"Çelsi"nin qolkiperi Petr Çexə bir sıra Premyer Liqa klublarından təklif gəlib. Futbolinfo.az xəbər verir ki, bunu İngiltərənin "Daily Mail" nəşri iddia edib. Çexiyalını KPR, "Nyukasl" və "Vest Bromviç" heyətində görmək istəyir. Petr Çexin "zadəganlar"la olan müqaviləsinin bitməsinə 2 il var.
Daha öncə "Çelsi"nin baş məşqçisi Joze Mourinyo yeni mövsümdən etibarən komandanın qapısını Tibo Kurtuaya həvalə edəcəyini deməsi Çexin ayrılıq ehtimallarını daha da gücləndirir.