Ölkə futbolu
Syomin axır ki, istəyinə çatdı
"Qəbələ"dən ayrıldıqdan sonra İbrahim Niasseni ö…
"Qəbələ"dən ayrıldıqdan sonra İbrahim Niasseni öz komandasında görmək istəyən Yuri Syomin istəyinə nail olub. Futbolinfo.az xəbər verir ki, seneqallı müdafiəçi artıq "Mordoviya"nın düşərgəsindədi.
Bunu rus mütəxəssisin özü də təsdiqləyib: "Niasse hazırda yanımdadı. Mən onunla əvvələr də çalışmışam. Hazırda onunla danışıqlarımız davam edir. Müqavilə bağladıqdan sonra bizimlə təlim-məşq toplanışına yola düşəcək".
Qeyd edək ki, "Qəbələ" seneqallı müdafiəçi ilə müqavilə müddətini artırmaq niyyətindəydi. Ancaq o, daha yaxşı təklif aldığı üçün əyalət komandasını tərk etmişdi.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”