Ölkə futbolu
"İnter" "Spartak"la qarşılaşacaq
Son mövsümün gümüş mükafatçısı…
Son mövsümün gümüş mükafatçısı "İnter"in yoxlama görüşlərindəki daha bir rəqibi bəlli olub. Futbolinfo.az xəbər verir ki, Kaxaber Sxadadze yetirmələrinin gücünü Slovakiyanın "Spartak" (Trnava) klubu ilə oyunda sınayacaq.
Əldə etdiyimiz məlumata görə matç iyunun 25-də baş tutacaq. "Bankirlər"in Macarıstanın "Haladaş" klubu ilə bu gün keçirilməsi planlaşdırılan yoxlama matçı isə baş tutmayacaq. Buna macarların təlim-məşq toplanışını keçirdiyi məkanı erkən tərk etməsi səbəb olub.