Ölkə futbolu
"Püşkatmanın bizə uğurlu olmasını istərdik"
“İnter”in direktoru Natiq Məmmədov hazırda Avstriyada …
“İnter”in direktoru Natiq Məmmədov hazırda Avstriyada təlim-məşq toplanışında olan komandanın düşərgəsindədi. Futbolinfo.az xəbər verir ki, klub funksioneri "bankirlər"in rəsmi saytına komandanın hazırlığı barədə və Avropa Liqasındakı şanları haqqında danışıb:
"Hazırlıq çox yaxşı keçir. Artıq bir neçə gündü Avstriyadayam və şəxsən bunun şahidi oldum. Klub rəhbərliyi komandanın Avroliqa oyunlarındakı vacib matçlara hazırlaşması üçün əlingən gələni edir. “İnter”in komandaların hazırlaşmaları üçün dünyanın ən yaxşı ölkələrindən biri sayılan Avstriyada olması artıq bir çox mətləblərdən xəbər verir. İnşallah, bu toplanışın faydasını Avropa Liqasında görərik. Komanda çətin mövsümü arxada qoydu, başlanğıcda böyük çətinliklər yaşadıq.
İki gün əvvəl komanda ölkənin ən yaxşı komandalarından biri sayılan “Şturm”u məğlub etdi. Bəli, bu, yoldaşlıq oyunu idi, ancaq hətta belə görüşlərdə də belə komandalar sonadək oynayır və uduzmaq istəmir. Qarşıda bizi Avropa Liqasına hazırlıq baxımından bir neçə oyun gözləyir. Avrokuboklarda uğurla çıxış etmək istəyirik. İyunun 23-də turnirin püşkatma mərasimi keçiriləcək və ilk rəqibimizi öyrənəcəyik. Püşkatmanın bizə uğurlu olmasını istərdik, ancaq istənilən halda avrokuboklarda zəif komandanın olmadığını unutmamalıyıq. Axı burada ölkələrinin ən yaxşı nümayəndələri toplaşırlar”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı