Ölkə futbolu
İbrahim Niasse Türkiyəyə yollandı
"Qəbələ"dən ayrıldıqdan Yuri Syominin başçıl?…
"Qəbələ"dən ayrıldıqdan Yuri Syominin başçılıq etdiyi "Mordoviya"ya baxışa yollanan İbrahima Niasse Rusiya klubu ilə münasibətləri rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, seneqallı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə qol çəkib.
Syominin rəhbərlik etdiyi klub təlim-məşq toplanışının ilkin mərhələsini Türkiyənin Kartəpə bölgəsində keçirəcək. Ruslar artıq Türkiyəyə yola düşüb. Klubun rəsmi saytının yaydığı məlumata görə, Niassenin adı da qardaş ölkəyə aparılacaq futbolçuların siyhahısına daxil edilib.
Qeyd edək ki, 26 yaşlı futbolçu buna qədər İsveçrənin "Ksamaks", Bakının "İnter" klublarında çıxış etmişdi.