Dünya futbolu
Yaponiya baş məşqçisiz qaldı
Yaponiya millisinin baş məşqçisi Alberto Zakkeroni istefa ve…
Yaponiya millisinin baş məşqçisi Alberto Zakkeroni istefa verib. Futbolinfo.az xəbər verir ki, o, yaxın günlərdə postundan gedəcəyini bildirib. İtalyan mütəxəssis qərarını belə izah edib: "Mən komandanın necə oynayacağını müəyyənləşdirirəm. Buna görə də cavabdehliyi öz üzərimə götürməliyəm".
Maraq üçün qeyd edək ki, daha öncə Sabri Lyamuşi (Fil Dişi Sahili), Karluş Keyruş (İran) və Çezare Prandelli (İtaliya) istefa verib.
Zakkeroninin İtaliya millisinin baş məşqçi postuna yeni namizədlərdən biri olacağı bildirilir.
Onun rəhbərliyi altında Yaponiya millisi DÇ-2014-də C qrupunda 1 xalla sonuncu pilləni tutub.