Ölkə futbolu
Vaqif Cavadov sirrini heç kimə demir
Bakının "İnter" komandasından ayrıldıqdan sonra klubsu…
Bakının "İnter" komandasından ayrıldıqdan sonra klubsuz qalan Vaqif Cavadovun hələ ki, yeni iş yeri bəlli deyil. Futbolinfo.az xəbər verir ki, millimizin üzvü bununla bağlı açıqlama verməyə tələsmir.
Əldə etdiyimiz məlumata görə, Cavadov böyük ehtimalla karyerasını Türkiyədə davam etdirə bilər. PTT 1-ci Liqada mübarizə aparan iddialı komandalardan biri Cavadova sərfəli təklif də göndərib. Türk klubunun Cavadova üstünlük verməsindən biri də, azərbaycanlı topqovanların qardaş ölkədə yerli futbolçu statusu daşımasıdı. Danışıqlar müsbət yekunlaşacağı təqdirdə Vaqif adını futbolçu karyerasında pik nöktəyə çatmaq üçün Türkiyə yollanan futbolçularımızın siyahısına yazdıracaq. Ancaq futbolçu danışıq apardığı klubunun adını hələ ki, heç kimə demir. O, hətta bu klubun adını yaxın dostlarından belə gizli saxlayır.
Qeyd edək ki, Cavadov son mövsümdə "İnter"in forması ilə meydana çıxdığı çempionat oyunlarında rəqib qapıçıları 14 dəfə məyus etməyi bacarmışdı.